Əsas məzmuna keç

33 ildən sonra Xocavəndə köç etdilər

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. Dövlət Qaçqınkom-dan tezadlar.az-a bildirilib ki, bu mərhələdə Xocavənd şəhərinə, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Quzeyxırman kəndinə növbəti köç karvanı yola salınıb.

Xocavənd şəhərinə 33 ailə (135 nəfər), rayonun Qırmızı Bazar qəsəbəsinə 9 ailə (44 nəfər), Quzeyxırman kəndinə isə 8 ailə (41 nəfər) köçürülüb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Yurda qayıdışımız əbədi olsun!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…