İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının qərb səmasında ABŞ istehsalı olan MQ-1 pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.
Tezadlar.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA İnqilab Keşikçiləri Korpusunun yazılı açıqlamasını yayımlayıb.
Bəyanatda bildirilir ki, Hörmüz boğazının qərb səmasında İran hava hücumundan müdafiə sistemi tərəfindən MQ-1 PUA aşkar edilərək vurulub.
İnqilab Keşikçiləri də dünən səhər Hörmüz boğazı üzərində oxşar PUA-nın vurulduğunu elan etmişdi.
1990-cı illərdə ABŞ tərəfindən istehsal edilən MQ-1 PUA əvvəlcə müşahidə və qabaqcıl kəşfiyyat məqsədləri üçün nəzərdə tutulmuşdu. Daha sonra bu PUA-lara yeni kameralar və raketlər əlavə edildi.
ELBAR







