Əsas məzmuna keç

Ronaldu “Əl-Nəsr”in sahibi ola bilər

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu klubun şərikli sahiblərindən biri ola bilər.

Tezadlar.az xəbər verir ki, 41 yaşlı forvard və daha 4 investor komandanı satın almaq üçün təklif hazırlayır.

Tərəflərin hər biri sövdələşməyə ən azı 92 milyon avro investisiya yatırmaq niyyətindədir.

Qeyd edək ki, K.Ronaldu 2022-ci ilin dekabrından “Əl-Nəsr”də çıxış edir. O, daha əvvəl Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real” və İtaliyanın “Yuventus” klublarının şərəfini qoruyub.

5 dəfə “Qızıl top”un sahibi olan futbolçu Çempionlar Liqasının, Portuqaliya millisi ilə Avropa çempionatının və iki dəfə Millətlər Liqasının qalibi olub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…