Əsas məzmuna keç

Sərnişin təyyarəsində dəhşət: Salonun tavanı çökdü, baqaj sərnişinlərin üzərinə düşdü

Məşhəddən Kermanşaha uçan sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra mühərrik sıradan çıxıb. Salonun tavanı çöküb və çoxsaylı baqaj hissələri sərnişinlərin üzərinə düşüb. Təyyarə təcili eniş edib; heç kim xəsarət almayıb.

Tezadlar.az xəbər verir ki, İranda sərnişin təyyarəsindəki nasazlıq sərnişinlər üçün dəhşətli anlar yaradıb. Məşhəddən Kermanşaha uçan Sepehran Hava Yollarına məxsus Boeing 737 təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra təkərinin partlaması nəticəsində mühərrik sıradan çıxıb.

Nasazlıqdan sonra təyyarədə güclü turbulentlik yaranıb. Turbulentlik zamanı salonun tavanı çöküb. Çoxsaylı baqaj hissələri yerindən tərpənərək sərnişinlərin üzərinə düşüb.

Təyyarədə panik yaranıb və sərnişinlərin qorxudan qışqırdıqları bildirilib.

Hadisədən sonra pilotlar təyyarəni Məşhəd Hava Limanına qaytarıblar. Təyyarə hava limanında təhlükəsiz təcili eniş edib.

Hadisə nəticəsində sərnişin və heyət üzvlərindən xəsarət alan olmadığı bildirilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…