ABŞ gələn həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxış etməsi gözlənilən Fələstin Prezidenti Mahmud Abbasın viza tələbini rədd edib.
Tezadlar.az xəbər verir ki, “The Times of Israel” qəzetinin ABŞ və Fələstin rəsmisinə istinadən məlumatına görə, Abbas ardıcıl ikinci ildir ki, BMT Baş Assambleyasında videokonfrans vasitəsilə çıxış etməyə məcbur olacaq.
Abbasdan əlavə, BMT Baş Assambleyası üçün ABŞ-a səfər etməsi gözlənilən digər Fələstin rəsmilərinin viza müraciətləri də rədd edilib.
Fələstin rəsmisi bildirib ki, vizanın rədd edilməsinin səbəbi “terror fəaliyyəti ilə məşğul olan və ya terror təşkilatı ilə əlaqəsi olan şəxslərə istənilən vaxt viza verilməsini qadağan edən 212(a)(3)(B) maddəsi” olub.
Abbasın viza müraciətinin ləğv edilməsinin səbəbinin eyni olub-olmadığı məlum deyil.
Abbasın keçən il olduğu kimi, gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında telekonfrans vasitəsilə çıxış etməsi gözlənilir.
Digər tərəfdən, ABŞ Dövlət Departamenti Fələstin Muxtariyyəti rəsmilərinin viza almasının qarşısını alan sanksiyaları genişləndirəcəyini açıqladı və bunların “islahatları həyata keçirməmələri, ABŞ qarşısında öhdəliklərini pozmaları və sülh perspektivlərini sarsıdan fəaliyyətlərini” əsas gətirdi.
Bəyanatda Abbasa viza verilməməsi ilə bağlı məlumatlara toxunulmayıb.
ABŞ administrasiyasının ona viza verməkdən imtina etməsi səbəbindən Fələstin prezidenti Abbas ötən il BMT Baş Assambleyasında iştirak edə bilməyib və video mesaj vasitəsilə çıxış edib.
ELBAR







