Əsas məzmuna keç

AMEA-da son iş vaxtının saat 17:00 tələbi narazılıq yaradıb…

…AMEA-da son iş vaxtının saat 17:00 tələbi narazılıq yaradıb… Bu barədə Akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Səadət Şıxıyeva özünün sosial şəbəkə hesabında yazıb. Sitat: “Artıq AMEA-dan dönüş işgəncəyə çevrilib. İşdə axşam saat 5-dək oturmaq tələb olunur. O saatlarda M-lərlə (avtobuslar) hərəkət etməni seçmək əzaba, zülmə məhkumluqdur. Dünən M9-lar 15-20 dəqiqə fasilələrlə gəldi. Tələbələrin sayca çoxluğu M-lərə yaxın düşməyi imkansız etdi. Çox uzaq məsafəni piyada getdikdən və 18 nömrəli avtobusu 25 dəqiqə gözlədikdən sonra bu intizara son qoyuldu. O da metrodan çox uzaqda saxladı. Beləliklə, 45 dəqiqəlik dönüş yolum 2 saatdan artıq çəkdi. İNSANLARIN ÇOXU ANCAQ YATMAQ ÜÇÜN EVƏ GEDƏ BİLİR”.
AMEA-nın digər əməkdaşları da bu etiraza qoşulub… Alim haqlı olaraq sual verir: “…Niyə bəzi elm və təhsil müəssisələri, dövlət təşkilatları onlayn üsulun tətbiqi ilə hibrid iş sisteminə keçmir? Bunu növbəli, mərhələli etmək olar, axı. Bir sıra işlər onsuz da internet və kompüterlə həll olunur. Bunun üçün işə getməyə, sıxlığı artırıb zülmü çoxalmağa nə ehtiyac var, anlamıram”.
Səbuhi
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…