
Bu gündən Türkiyədə “sosial media qanunu” qüvvəyə minib.
Türkiyə mediasının yazdığına görə, bu qanunda olduqca maraqlı şərtlər var və sosial mediadakı pərakəndəliyin və başıpozuqluğun qarşısının alınmasına hesablanıb. Əsas məqamlar isə bunlardır:
– İnternet xəbər saytlarında çalışan şəxslər jurnalist hesab ediləcək və onlara da sarı basın kartı veriləcək.
–
Uşaqların və yetirmələrin əxlaqını korlayan materiallar qanun pozuntusu hesab ediləcək.
– Bütün xəbər saytları yayımladığı xəbərləri arxivdə saxlamağa məcburdur.
– Dövlət qurumu xəbəri silməyi saytdan tələb edə biləcək. Mənbə xəbəri siləndən sonra bütün saytlar silməlidir.
– Rəsmi elanlar və reklamlar xəbər saytlarında da yayımlana biləcək.
– Rəsmi ünvanı olmayan sayt xəbər saytı hesab olubmayacaq.
– Sosial şəbəkələr (Facebook, instagram, tvitter, youtube, tiktok və s) Türkiyədə rəsmi ofis açmağa məcbur ediləcək. Ofisin rəsmi təmsilçisi isə Türkiyə vətəndaşı olmalıdır.
– Yeni qanuna görə, sosial mediada ciddi dezinformasiya yayan şəxsləri 3 ilə qədər həbs gözləyir.
XXX
Azərbaycanda da təhqir və dezinformasiyalarla dolub-daşan sosial medianın qanunla nizamlanmasına ehtiyac var. Güman etmək olar ki, ölkəmizdə də belə bir qanunun tətbiqi baş tutacaq.
A.Məmmədli