Əsas məzmuna keç

Rusiya Qərbə müharibə mesajı göndərir

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Rusiyaya qarşı müharibəyə hazırlaşdığını bildirib.

Tezadlar.az xəbər verir ki, Lavrov Moskvada keçirilən Rusiyanı Sevənlər Hərəkatının Beynəlxalq Konqresində iştirak edib. Konqresdə çıxış edən Lavrov Qərbin Rusiyaya qarşı hərəkətləri ilə bağlı aşağıdakı açıqlamaları verib:

“Qərb elitası Rusiyadan təhlükənin gəldiyi mifini qəbul edir. Qərb ölkəmizə qarşı müharibəyə hazırlaşır. Biz Rusiyanın təhlükəsizliyinə qarşı təhdidlərə cavab verəcəyik. Bunun üçün lazımi vasitələrimiz var. ABŞ Avropa ölkələrindən fərqli olaraq, dialoqa hazırdır. Biz də həmişə ciddi müzakirələrə açığıq.”

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…