Əsas məzmuna keç

Müxtəlif növ 25 nəqliyyat vasitəsi satılır – qurumlar hərraca çıxarıb

20 oktyabr 2026-cı il tarixində saat 10:00-da dövlət qurumlarının balansında olan 25 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

 Tezadlar.az  xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələri arasında minik avtomobilləri, mikroavtobus və xüsusi təyinatlı nəqliyyat vasitələri yer alır.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı:

Balanssaxlayıcı müəssisə Avtomobilin markası Buraxılış ili Start qiyməti (AZN) 10% beh (AZN) Əlaqəli şəxs / Telefon
1 Nəsimi RİH NISSAN MAXIMA 2003 4 500 450 Eylazov Həmid (050 361 78 71)
2 FHN Mülki Müdafiə Qoşunları QAZ 3110 2000 1 400 140 Məmmədov Əhməd (051 428 30 02)
3 Ailə, Qadın və Uşaq Problemləri üzrə DK TOYOTA CAMRY 2011 9 500 950 Sadıxov Səməd (055 291 55 25)
4 Saatlı RİH QAZ 31105 120 2005 2 700 270 Məmmədov Tural (070 277 94 33)
5 Ağdaş Rayon Mərkəzi Xəstəxanası UAZ-3962, VAZ-2121 (3 ədəd) 1985-1991 4 950 495 Allahverdiyev Ramiq (050 255 78 46)
6 ƏƏSMN MITSUBISHI L300 (mikroavtobus) 1995 1 750 175 Rəhimli Nicat (070 214 14 99)
7 ƏƏSMN QAZ 2410 1992 500 50 Rəhimli Nicat (070 214 14 99)
8 Korporativ İdarəetmənin Təşkili Mərkəzi VAZ-21074 (xüsusi təlim) 2000 550 55 Mehdiyev Kənan (010 213 47 13)
9 Dövlət Ehtiyatları Agentliyi CHEVROLET NIVA 2123 2007 1 900 190 Misirov Elmin (055 899 55 57)
10 DTX-nin Heydər Əliyev adına Akademiyası HYUNDAI EQUUS 2014 12 000 1 200 Növbətçi hissə (012 405 76 77 / 012 405 95 45)
11 Dövlət İmtahan Mərkəzi VOLKSWAGEN PASSAT 2010 3 800 380 Qaralov Vüsal (055 224 54 25)
12 Azərbaycan Memarlıq və İnşaat Universiteti PEUGEOT 406 2002 1 250 125 Əliyev Əbülfət (050 799 99 67)
13 AR Prezidentinin İşlər İdarəsi MERCEDES BENZ S320 1998 10 500 1 050 (055 376 55 90)
14 Aqrar Xidmətlər Agentliyi QAZ 330700 1012-24 (Xüsusi) 2006 2 100 210 Həsənov Samir (050 321 95 98)
15 Aqrar Xidmətlər Agentliyi QAZ 31105-801 2008 2 100 210 Kərimov Alim (050 210 41 42)
16 Aqrar Xidmətlər Agentliyi QAZ 3110-101 2002 1 500 150 İsmayılov Mehman (050 387 38 78)
17 Aqrar Xidmətlər Agentliyi VAZ-21074 2004 1 350 135 Zeynalabdiyev Xəyal (050 746 21 26)
18 Aqrar Xidmətlər Agentliyi VAZ-21213 1997 1 650 165 Kərimov Zülfüqar (050 325 06 65)
19 Aqrar Xidmətlər Agentliyi VAZ 2106 1992 1 500 150 Əhmədov Habil (051 305 55 00)
20 Aqrar Xidmətlər Agentliyi CHERY FLAGCLOUD 2007 1 875 187.5 Məmmədov Azər (050 781 84 61)
21 Aqrar Xidmətlər Agentliyi CHEVROLET NIVA 212300 2006 2 250 225 Məmmədov Azər (050 781 84 61)
22 Aqrar Xidmətlər Agentliyi UAZ-315122 2005 1 500 150 Teyyubov Şaiq (050 406 40 00)
23 Baş Prokurorluq VOLKSWAGEN PASSAT 2009 5 250 525 Əliyev Elçin (050 220 89 40)
24 Baş Prokurorluq VOLKSWAGEN PASSAT CC 2010 5 625 562.5 Əliyev Elçin (050 220 89 40)
25 Dövlət Gömrük Komitəsi TOFAŞ DOĞAN 2004 2 250 225 Məmmədov Sahib (050 643 52 63)

Qeyd edək ki, nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlərlə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır.

Siyahının 1-3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri ikinci dəfə, 4-5-ci bəndlərdə olanlar üçüncü dəfə 10% endirimlə, 6-12-ci bəndlərdə olanlar beşinci dəfə 50% endirimlə, 13-25-ci bəndlərdə olanlar isə dördüncü dəfə 25% endirimlə hərraca çıxarılır.

Hərracda iştirak etmək üçün nəqliyyat vasitələrinin start qiymətinin 10%-i həcmində beh ödənilməlidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…