ABŞ administrasiyası Səudiyyə Ərəbistanına 24,3 milyard dollara 48 ədəd F-35 qırıcı təyyarəsi və digər avadanlıqların satışını təsdiqləyib. Satışdan sonra ABŞ Dövlət Departamenti “bu satış regiondakı hərbi balansı dəyişdirməyəcək” deyə bildirib.
ABŞ Səudiyyə Ərəbistanına F-35 satışını təsdiqləyib. 24,3 milyard dollarlıq müqaviləyə 48 ədəd F-35 qırıcı təyyarəsi və digər avadanlıq daxildir.
Tezadlar.az xəbər verir ki, ABŞ Dövlət Departamenti yazılı açıqlamada Səudiyyə Ərəbistanına silah satışı ilə bağlı Konqresə rəsmi olaraq məlumat verdiyini açıqlayıb. Açıqlamaya görə, satışa F-35 qırıcı təyyarələrindən əlavə 49 ədəd “Pratt & Whitney F135-PW-100” F-35 mühərriki də daxildir.
ABŞ Dövlət Departamenti F-35 satışı ilə bağlı açıqlamasında satışın regiondakı hərbi güc balansını dəyişdirməyəcəyini vurğulayıb. ABŞ-da xarici ölkələrə silah satışı konqresin nəzərdən keçirməsi və etiraz proseslərinə tabedir.
ABŞ-ın Silah İxracına Nəzarət Qanununa əsasən, Konqresin NATO üzvlərinə silah satışı ilə bağlı 15 günlük, NATO üzvü olmayan ölkələr üçün isə 30 günlük baxış və etiraz müddəti var. Səudiyyə Ərəbistanı NATO üzvü olmadığı üçün Konqresin bu xüsusi satışla bağlı 30 günlük baxış və etiraz müddəti var.
ELBAR







