Əsas məzmuna keç

İran Bank Mellat-ın əməliyyat lisenziyası Türkiyədə ləğv edildi

Bank Tənzimləmə və Nəzarət Agentliyi (BTT) mərkəzi ofisi İranda yerləşən Bank Mellat-ın İstanbul Türkiyə Mərkəzi Filialının əməliyyat lisenziyasını ləğv etmək qərarına gəlib.

Tezadlar.az xəbər verir ki, Qərar “Rəsmi Qəzet”də dərc edilib.

“Rəsmi Qəzet”də dərc olunan qərarda deyilir ki, araşdırmadan sonra İranın Tehran şəhərində yerləşən Bank Mellat-ın İstanbul Türkiyə Mərkəzi Filialının əməliyyat lisenziyası ləğv edilib.

Bu qərar bankın davamlı fəaliyyəti əmanətçilərin və iştirak fondu sahiblərinin hüquqlarına, eləcə də maliyyə sisteminin təhlükəsizliyinə və sabitliyinə təhlükə yaradarsa, BTT tərəfindən verilə bilər.

BTT həmçinin əməliyyat lisenziyasını ləğv etmək və bankı Əmanətlərin Sığortalanması Fonduna köçürmək səlahiyyətinə malikdir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…