14 Oktyabr 2022 / 18:43

ZƏNGİLAN HAVA LİMANINA BEYNƏLXALQ STATUS VERİLİB – BAŞ NAZİRDƏN SƏRƏNCAM

Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Zəngilan rayonunda tikintisi başa çatdırılmış,

beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən Zəngilan Hava Limanına beynəlxalq status verilib.

Sərəncam verilərkən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin razılaşdırılmış təklifləri nəzərə alınıb.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!