Azərbaycanda 7 hotel üzrə Yeni il təklifləri açıqlanıb. Siyahıda ən aşağı başlanğıc qiyməti “Gabala Garden Hotel”dədir. Dilarə Kazımovanın çıxış edəcəyi oteldə bayram paketi 810 manatdan başlayır. Murad Arifin səhnəyə çıxacağı “Basqal Resort & Spa”da isə başlanğıc qiyməti 1800 manatdır.
Tezadlar.az “Baku Holiday Travel”ə istinadən xəbər verir ki, bayram proqramları 2026-cı il dekabrın 31-dən 2027-ci il yanvarın 2-dək olan dövrü əhatə edir. Dəqiq tarixlər oteldən asılı olaraq dəyişir. Təkliflərdə sənətçilərin canlı çıxışları, şou proqramları, qala şam yeməyi və SPA istirahəti qeyd olunur.
Qiymətlər:
Gabala Garden Hotel – 810 manatdan (Dilarə Kazımova çıxış edəcək)
Ağalı Hotel, Zəngilan – 1050 manatdan(Ceyhun Səmədov çıxış edəcək)
Shabran Wellbeing Resort & Spa -1470 manatdan (Miri Yusif çıxış edəcək)
Lankaran Springs Wellness Resort – 1490 manat (Elvin Babazadə çıxış edəcək)
Lachin Resort & Spa – 1660 manat (Faiq Ağayev çıxış edəcək)
Marxal Resort & Spa – 1750 manatdan(İradə İbrahimova və Mərdan Kazımov çıxış edəcək)
Basqal Resort & Spa – 1800 manatdan(Murad Arif çıxış edəcək)
“Shabran Wellbeing Resort & Spa” istisna olmaqla, digər otellərdə yalnız yanvarın 1-i üçün rezervasiya etmək mümkün deyil. Həmin gün bu otellərə giriş və oteldən çıxış da nəzərdə tutulmur.






