Hind okeanında 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Tezadlar.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ Cənubi Afrikanın Qebexa şəhərindən 1669 kilometr aralıda baş verib.
Zəlzələnin ocağı təxminən 10 kilometr dərinlikdə yerləşib. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.







