Əsas məzmuna keç

“Yollarda tıxac məsələsini həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidir”-DEPUTAT DA DİLƏ GƏLDİ

“Mən bu gün ilk dəfə iclasa gecikirəm…”. Tezadlar.az xatırladır ki, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında deputat Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, iş yerlərinə gecikmələr bir çox hallarda rəhbərlik və işçi arasında problemə səbəb olur: “Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Düşünürəm ki, hələ də yollarda tıxac məsələsini həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidir”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…