Azərbaycan cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kata üzrə dünya çempionatında iştirak edəcəklər.
Tezadlar.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi yeniyetmələr və gənclər arasında ölkə birinciliyinin qalibi olan 4 cüdoçu təmsil edəcək.
Yeniyetmələr arasında Sadiq Abdullayev (tori) və Rəcəb Əkbərov (uke) tatami üzərinə çıxacaqlar. Gənclərin heyətində isə Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) yer alıb.
Onlar “nage-no-kata” üzrə mübarizə aparacaqlar.
Sentyabrın 26-dan 27-dək keçiriləcək dünya çempionatına 35 ölkədən 462 cüdoçu qatılacaq.






