Əsas məzmuna keç

Restoran biznesi olan azərbaycanlı sahibkar yol qəzasında həyatını itirib – FOTO

Sentyabrın 22-də Gürcüstanın Marneuli şəhərində baş vermiş ağır yol-nəqliyat hadisəsində əslən azərbaycanlı iş adamı həlak olub.

Tezadlar.az xəbər verir ki,  bu barədə “Atkual.ge” nəşri məlumat yayıb.

Məlumata görə, yol qəzasında Marneulinin “JJB” restoranının sahibi və baş aşpazı Naqim Qocayev həyatını itirib.

Qeyd olunur ki, qəza baş verən an Namiq Qocayev idarə etdiyi avtomobildə tək olub. Onun idarəetməni itirərək avtomobili ilə yolun kənarındakı dirəyə çırpıldığı bildirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…