“Formula 1” üzrə Azərbaycan Qran-prisində ciddi qəza baş verib.
Tezadlar.az-ın məlumatına görə, hadisə ikinci sərbəst yürüşdə qeydə alınıb.
“Racing Bulls”dan Arvid Lindblad uğursuzluqla üzləşib. Onun bolidi baryerə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb və sessiya müvəqqəti dayandırılıb.
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.







