Qəzza hökuməti 2023-cü ilin oktyabr ayından bəri İsrail hücumlarında 262 jurnalistin öldürüldüyünü və 433-dən çox insanın yaralandığını bildirib.
Tezadlar.az bildirir ki, Qəzza hökumətinin Media Ofisi tərəfindən 26 sentyabr, Fələstin Jurnalistləri ilə Beynəlxalq Həmrəylik Günündə yayımlanan açıqlamada jurnalistlərin və media təşkilatlarının məruz qaldığı hücumlar barədə məlumat verilib.
Məlumatda 2023-cü ilin oktyabr ayından bəri İsrail hücumlarında 262 jurnalistin öldürüldüyü və 433-dən çox insanın yaralandığı bildirilib.
Həmçinin bildirilib ki, ölən jurnalistlərdən 26-sı qadındır və 28 media fəalı da həyatını itirib.
Məlumatda İsrailin 50 jurnalist və media işçisini saxladığı, onlardan 23-ünün hələ də həbsdə olduğu və 3 jurnalistin itkin düşdüyü qeyd edilib.
Məlumatda hücumlarda öldürülən 32 jurnalist ailəsinin bütün üzvləri ilə birlikdə məhv edildiyi, 53 jurnalistin evinin isə tamamilə və ya qismən dağıdıldığı bildirilib.
Məlumatda media sektoruna dəyən ziyanın ilkin hesablamalara görə, 800 milyon dolları keçdiyi və binaları dağıdılan və ya zədələnmiş 143 media təşkilatının hələ də fəaliyyət göstərdiyi bildirilir.
Məlumatda jurnalistləri hədəf almağın yerlərdə baş verən hadisələrin işıqlandırılmasının qarşısını almaq və mülki şəxslərə qarşı zorakılıqları gizlətmək məqsədi daşıdığı vurğulanıb və beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatını və mətbuat təşkilatlarını fələstinli jurnalistləri qorumağa, hücumları araşdırmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırılıb.
ELBAR







