İraq ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkədəki qərargahının 30 sentyabrda bağlanacağını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdül Əmir Şammari İraqdakı təhlükəsizlik vəziyyətinin yaxşı olduğunu və ölkə daxilində nəzarətin qurulduğunu bildirərək əlavə edib: “Ölkənin təhlükəsizliyi ilə bağlı heç bir narahatlıq yoxdur”.
Şammari beynəlxalq koalisiyanın qərargahının 30 sentyabr tarixindən etibarən bağlanacağını və İraq torpağında heç bir xarici hərbi bazanın olmayacağını bildirib.
İraq hökuməti 1 oktyabrı “Suverenlik Günü” kimi qeyd etməyə hazırlaşır.
ELBAR







