İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich fələstinliləri tərk etməyə məcbur etmək üçün Qəzza Zolağını yenidən qurmaq üçün hər hansı bir ümidin olmadığını barədə çağırış edib.
Tezadlar.az xəbər verir ki, İsraildə Kanal 14-ə danışan Smotrich fələstinliləri Qəzza Zolağından zorla çıxarmaq planının uğursuz olduğunu etiraf edib.
Smotrich problemin “Misirin fələstinlilərin öz ərazisini tərk etməsinə icazə verməkdən imtina etməsindən və digər ölkələrin onları qəbul etmək istəməməsindən” qaynaqlandığını iddia edib.
O, fələstinlilərin Qəzza Zolağından hava yolu ilə təxliyəsinin onları qəbul edəcək ölkələrin təsdiqini tələb edəcəyini bildirib və “Qəzzadan 20.000-30.000 fələstinlini qəbul edən hər bir Avropa ölkəsinin problemi həll edəcəyini” irəli sürüb.
Smotrich ölkələrin hələ də Qəzzadakı fələstinlilərin köçməsinə icazə vermədiyinə diqqət çəkərək, bunun məcburi köçürülmə planına maneə olduğunu bildirib.
İfrat sağçı nazir iddia edib ki, “Qəzza zolağı sakinlərini köçməyə məcbur etməyin açarı onların Qəzza zolağının bir gün yenidən qurulacağına olan ümidlərini əllərindən almaqdır”.
Smotrich daha sonra iddia edib ki, əgər İsrail Qəzzada “sarı xətt”ə qədər ərazini ilhaq etsə və Qəzzanı kiçik, izdihamlı və viran qoysa, sakinlər “qalmağın mənası olmadığını” anlayacaqlar.
İsrail mediası İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Qəzzadan “könüllü qovulma” prosesi kimi təsvir etdiyi “Əməliyyat 710” adlı planı ictimaiyyətə təqdim etməyə hazırlaşdığını bildirib. Bu plan 2,2 milyon insanın yaşadığı Qəzzadan ilk ildə 250.000 fələstinlini, üç il ərzində 1,11 milyonu və yeddi ilin sonunda təxminən 1,86 milyonu zorla qovmağı hədəfləyirdi.
İsrailin müdafiə naziri İsrail Katz həmçinin bildirib ki, fələstinliləri Qəzzadan qovmaq planı ləğv edilməyib, hələ də müzakirə mərhələsindədir, lakin hazırda dondurulub.
ELBAR







