Əsas məzmuna keç

Klopp Almaniya millisində tarixə düşdü

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp yığmanın tarixində ən pis starta imza atıb.

Tezadlar.az xəbər verir ki, komanda Millətlər Liqasının II turunda Yunanıstana məğlub olub (0:1).

Sentyabrın 27-də baş tutan qarşılaşmadan əvvəl komanda Y.Kloppun debüt matçında Niderlandla heç-heçə edib (1:1).

O, Almaniya seçməsinin tarixində ilk iki oyunda qələbə qazanmayan üçüncü baş məşqçidir. Lakin Zepp Herberger (1937-ci il) və Helmut Şön (1965-ci il) iki matçda heç-heçə edərək 2 xal topladıqları halda, Y.Kloppun aktivində cəmi 1 xal var.

Qeyd edək ki, Almaniya millisi oktyabrın 1-də Münhendə Millətlər Liqasının III turu çərçivəsində Serbiyaya qarşı oynayacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…