Əsas məzmuna keç

Tahir Tağızadə Nevena Yovanoviçlə görüşüb

Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibi Nevena Yovanoviç ilə görüşüb.

Tezadlar.az xəbər verir ki, görüşdə Serbiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəyə çatdığı vurğulanıb.

Bildirilib ki, iki ölkə arasında əlaqələr ənənəvi dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlığa əsaslanır.

Nevena Yovanoviç Tahir Tağızadəyə Serbiyadakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

O, səfirin fəaliyyətinin Serbiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…