Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi qısa müddət əvvəl Səudiyyə Ərəbistanı üzərində uçarkən fövqəladə vəziyyət siqnalı ötürüb.
Bu barədə “Times of Israel” məlumat yayıb.
Uçuşların izlənməsi məlumatlarına görə, “Flydubai” aviaşirkətinə məxsus təyyarə əvvəlcə beynəlxalq fövqəladə vəziyyət siqnalı olan “7700” kodunu göndərib. Qısa müddət sonra isə qaçırılma və ya qanunsuz müdaxilə mənasını verən “7500” kodu ötürülüb.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri sözügedən təyyarəyə doğru havaya qaldırılıb. İvritdilli KİV-lər Baş nazir və müdafiə nazirinin fövqəladə məsləhətləşmələr keçirdiyini bildirir. Təyyarə hazırda uçuşların izlənməsi üzrə saytlarda artıq görünmür. Hadisə ilə bağlı hələlik əlavə məlumat yoxdur.







