Ötən gün Kürdəmirdə zəhərlənmə hadisəsi qeydə alınıb. Tezadlar.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində baş verib. Belə ki, şadlıq evində keçirilən toy mərasimindən sonra 50 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.
AQTA- nın gözündən uzaq, amma şadlıq evinin rəhbərliyi niyə kütləvi mərasimlər üçün qida hazırlanarkən prosesə nəzarət etmir.
İlkin məlumata görə, şadlıq evini icarəyə götürən toy sahibi bəzi salatları ev şəraitində hazırlatdırıbmış…
Səbuhi







