Əsas məzmuna keç

Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı

Ötən gecə Bakının Suraxanı rayonu ərazisində- Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, hadisə “KamAZ” markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində qeydə alınıb. Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Əraziyə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Hadisə səbəbindən Zığ şosesində hərəkət məhdudlaşdırılıb. Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, sürücü səhlənkarlığı qəzaya səbəb olub və yol təsərrüfatına xeyli ziyan dəyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…