Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Azərbaycan, İsrail və Moldova arasında kənd təsərrüfatı sahəsində rəqəmsallaşma məsələləri müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, müzakirələr İsraildə keçirilən “Agrİsrail 2022 – Dəniz və səhrada qida yetişdirilməsi” mövzusunda təşkil olunan beynəlxalq sammit çərçivəsində nazir müavini Sarvan Cəfərovun Moldovanın kənd təsərrüfatı və qida sənayesi naziri Vladimir Bolea və İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer arasında baş tutan görüşlər zamanı baş tutub.
Görüşlərdə həmçinin aqrar sahədə innovativ texnologiya və həllərin tətbiqi, bu sektorun dayanıqlı inkişafının təmin edilməsi, təcrübə mübadiləsinin aparılmasının vacibliyi barədə geniş fikir mübadiləsi aparılıb.
Tərəflər aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
TEZADLAR.AZ