Əsas məzmuna keç

Tuba Büyüküstün tənqidlərə cavab verib

Türkiyəli aktrisa Tuba Büyüküstün fotosunda qoltuğunun altında tüklərin görünməsi ilə bağlı ünvanına yazılan tənqidlərə münasibət bildirib.

Tezadlar.az xəbər verir ki, aktrisa jurnalist Birsen Altuntaşa açıqlamasında bu cür reaksiyalardan məyus olduğunu deyib:

“Bütün qadınların bədənində tüklər var. Nə edək? Lazerlə tük təmizləmənin nə vaxt yarandığını bilmirəm. Elə bir dövr olub ki, qadınlar bədən tükləri ilə yaşayıblar. Məni məyus edən çəkdiyimiz əməyin kölgədə qalaraq bu tip məsələlərin müzakirə olunmasıdır”.

Qeyd edək ki, söhbət Tuba Büyüküstünün rol aldığı “Sultana” serialının afişindəki görüntüdən gedir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…