“Zəng etdim Aygün Kazımovaya və dedim ki, toy edirəm, sizin də çıxış etmənizi istəyirəm. Dedi, ora haradı?…”
Bunu bir müddət əvvəl özünə dəbdəbəli toy etmiş müğənni Pünhan Piriyev sosial media hesabında canlı yayım zamanı bildirib. İzləyiciləri ondan niyə toya Aygün Kazımovanı da dəvət etmədiyini soruşublar.
O, vurğulayıb ki, Xalq artisti Aygün Kazımova Hacıqabulun Meyniman kəndini tanımadığını əsas gətirərək toyda iştirakdan imtina edib.
“Aygün Kazımova toy məclisinin harada təşkil edildiyini soruşdu. Dedim ki, Meyniman kəndindədi. Dedi, ora haradı?… Dedim, vallah, bizim kəndimizdir də – Hacıqabulun Meyniman kəndidir… Dedi, mən ora getməmişəm, eşitməmişəm. Allah canını sağ etsin, o bizim ürəyimizdir”, – deyə Pünhan Piriyev qeyd edib.
JASMİN







