Almaniya, İtaliya, İspaniya və İsveçin Ukraynadakı səfirlikləri sosial mediada Rusiya Xarici İşlər Nazirliyinin xarici diplomatlara qarşı təhdidlərinə baxmayaraq Kiyevdə qalacaqlarını açıqladılar. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Almaniya, İtaliya, İspaniya və İsveçin Ukraynadakı səfirlikləri sosial media hesabında belə bir paylaşım edib. Onların hamısı qeyd edib ki, Kiyevdəki digər diplomatik nümayəndəlik rəhbərləri ilə birlikdə “Rusiya Xarici İşlər Nazirliyinin Ukraynadakı diplomatlara və xarici vətəndaşlara qarşı təhdidini narahatlıqla görürlər”. Diplomatik nümayəndəliklər bildiriblər ki, “Rusiya Vyana Konvensiyasına və beynəlxalq humanitar hüquqa riayət etməlidir. Biz Kiyevdə qalacağıq”.
Rəsmi Moskva isə diplomatların bu hərəkətindən əsəbini gizlətməyə çalışsa da, bəzi media orqanları bunu Rusiyaya təhdid kimi qiymətləndiriblər.
A.Məmmədli







