Əsas məzmuna keç

Araz Yusubovu qətlə yetirən şəxs saxlanılıb – VİDEO

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları Qardabani bələdiyyəsinin Nazarlı kəndində qəsdən adam öldürmə ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.

Tezadlar.az  xəbər verir ki, istintaqla müəyyən edilib ki, ötən gün təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zamanı 35 yaşlı şəxsə soyuq silahla xəsarətlər yetirib. Aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində ölüb. Mövcud məlumata görə, qətlin qurbanı 35 yaşlı Araz Yusubov, cinayəti törədən şəxs isə Ramin Məmmədovdur. Kənd sakinlərinin verdiyi məlumata əsasən, tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra 35 yaşlı Araz Yusubov bıçaq xəsarətləri alıb. O, hadisə yerindən uzaqlaşsa da, aldığı xəsarətlər nəticəsində qanaxmadan həyatını itirib. Hadisə yerinə çox sayda hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub. Cinayəti törədən şəxs polisə təslim olmayıb və avtomobilin üzərinə çıxaraq ona yaxınlaşılacağı təqdirdə intihar edəcəyini bildirib. Qısa bir müddət davam edən danışıqlardan sonra sözügedən şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

24News.ge

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…