Əsas məzmuna keç

Millinin pley-off şansı azalıb

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının D liqasının 2-ci qrupunda keçirdiyi ilk iki matçda heç-heçə etməsi pley-offa yüksəlmək şansını azaldıb.

Tezadlar.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Elmar Baxşıyev deyib.

“Qəbələ” və “Araz-Naxçıvan” klublarının keçmiş baş məşqçisi Azərbaycanın Bakıda Litva üzərində 1:0 hesablı qələbəsini dəyərləndirib:

“Qrupda maksimum xal yığmaq vacibdir. Çünki ən çox xal toplayan komanda üçün pley-offa yüksəlmək şansı yaranacaq. Lakin millinin ilk iki matçda – Litva ilə səfərdə və Lixtenşteynlə evdə heç-heçə etməsi şansları xeyli azaltdı. Ötən gün, nəhayət, Litvaya Bakıda qalib gələrək ilk qələbə sevincini yaşadıq. Qələbənin pisi-yaxşısı olmur. Nəticə baxımdan bu bizə vacib idi. İlk hissənin ortalarına vurulan qol bizə üstünlük verdi. Təəssüf ki, növbəti qol şanslarımızdan yararlana bilmədik”.

E.Baxşıyev komandada çatışmayan cəhətlərin çox olduğunu, lakin bunu zamanla aradan qaldırmağın mümkünlüyünü söyləyib.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı son matçını noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…