Birləşmiş Millətlər Təşkilatı (BMT) işğal olunmuş Qərb Sahilində zeytun yığımı mövsümündə hücumların artması barədə xəbərdarlıq edərək, Fələstin torpaqlarını ələ keçirməyə çalışan israillilərin zeytun bağlarına girdiyini, məhsul oğurladığını və ya yanğınlar törətdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, BMT-nin sözçüsünün müavini Fərhan Haq bu məlumatı gündəlik mətbuat brifinqində verib.
Haq bildirib ki, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) rəsmiləri bölgə iqtisadiyyatı üçün həlledici olan zeytun yığımı mövsümündən əvvəl işğal olunmuş Qərb Sahilində Fələstin torpaqlarını ələ keçirməyə çalışan israillilərin davamlı hücumları barədə xəbərdarlıq ediblər.
Haq deyib: “25 avqustdan bəri İsrailli köçkünlər demək olar ki, hər gün fələstinlilərə fiziki hücum edir, onların zeytun bağlarına girir, məhsullara zərər verir və ya oğurlayır, yanğınlar törədir və fələstinlilərin zeytun bağlarına girməsinin qarşısını alırlar”.
Haq bildirib ki, BMT-nin ərzaq təhlükəsizliyi üzrə tərəfdaşları Qərb Sahilindəki ailələrin 76 faizinin ilin birinci rübündə gəlirlərinin azaldığını və 60 faizdən çoxunun aylıq xərclərini ödəməkdə çətinlik çəkdiyini bildiriblər.
Haq əlavə edib: “Qəzza zolağında humanitar tərəfdaşlarımız yaşayış məntəqələrində davam edən hücumlar barədə xəbərdarlıq edir, həftəsonu mülki şəxslərin öldüyü və yaralandığı barədə məlumatlar var.”
O, İsrailin bu həftə 7 oktyabr 2023-cü il hadisələrinin anım mərasimi ilə bağlı təhlükəsizlik narahatlıqlarını əsas gətirərək Qəzzaya humanitar yardım göndərişlərini dayandırdığını qeyd edib.
ELBAR






