Əsas məzmuna keç

Nigeriyada 37 terrorçu zərərsizləşdirilib

Nigeriya Hərbi Hava Qüvvələrinin keçirdiyi hava əməliyyatı nəticəsində 37 terrorçu məhv edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Premium Times” qəzeti “Hadin Kai” əməliyyatının sözçüsü Məhəmməd Qoniyə istinadla məlumat yayıb.

Bildirilib ki, ölkənin şimal-şərqində yerləşən Borno ştatında həyata keçirilən zərbələr nəticəsində ekstremistlərin müvəqqəti düşərgələri və əldəqayırma partlayıcı qurğuların saxlandığı anbarlar da məhv edilib.

Məlumata görə, hücumlar kəşfiyyat məlumatları əsasında həyata keçirilib. Məhv edilən silahlıların “Boko Haram” qruplaşmasının üzvləri olduğu ehtimal edilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…