Əsas məzmuna keç

Serbiya və Şimali Makedoniya Şaquli Qaz Dəhlizinə qoşulacaq

Serbiya və Şimali Makedoniyanın qaz nəqli sistemləri operatorları vasitəsilə Şaquli Qaz Dəhlizinə qoşulacaq, iki ölkə arasında qaz interkonnektorunun tikintisi tezliklə başlanacağı gözlənilir.

Tezadlar.az xəbər verir ki, bu barədə Belqradda Serbiya, Şimali Makedoniya, Yunanıstan və Bolqarıstanın enerji nazirlərinin II Sammitində bildirilib.

Qeyd olunub ki, bu interkonnektor hazırda tikintisi davam edən Yunanıstan–Şimali Makedoniya qaz interkonnektoru ilə birləşdiriləcək.

Yunanıstan ərazisindəki hissənin 2026-cı ilin sonunadək, Şimali Makedoniya ərazisindəki hissənin isə 2027-ci il ərzində tamamlanacağı gözlənilir.

Bundan başqa sammitdə nazirlər Cənub-Şərqi və Mərkəzi Avropada regional əməkdaşlığın gücləndirilməsi və enerji təhlükəsizliyinin artırılması yollarını müzakirə ediblər.

İştirakçılar mövcud qaz infrastrukturundan istifadəni, həmçinin iştirakçı ölkələrin daha sıx əlaqələndirilməsinə və yeni qaz mənbələrindən əlavə təchizat marşrutlarının açılmasına yönəlmiş qaz infrastrukturu layihələrinin icrasında əldə olunan irəliləyişi müzakirə ediblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…