Xəzər rayonun Binə qəsəbəsində qətl hadisəsi baş verib. Tezadlar.az xəbər verir ki, hadisə oktyabrın 6-da saat 21 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində qeydə alınıb. Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Museyib Əhmədov arvadı 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarət yetirib. F.Rəhmənzadə xəstəxanaya yerləşdirilib və orada ölüb. M.Əhmədov polis əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.
Binədə əri 24 yaşlı arvadını qətlə yetirdi






