Əsas məzmuna keç

Qətər sahillərində neft tankerinə hücum edilib, ölən və yaralananlar var

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) Qətərin Mədinət əl-Şamal şəhərinin 51 dəniz mili şimalında neft tankerinə hücum edildiyini və ölən və yaralananların olduğunu bildirib.

Tezadlar.az xəbər verir ki, UKMTO yazılı açıqlamasında Fars körfəzində üzən bir tankerə çoxsaylı sursatın vurulduğunu açıqlayıb.

Mədinət əl-Şamal şəhərinin 51 dəniz mili şimalında baş verən hücum nəticəsində ölən və yaralananlar olub.

UKMTO ərazidəki gəmiləri üzərkən ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə səlahiyyətlilərə məlumat verməyə çağırıb.

Hadisəni törədən şəxs və ya istifadə edilən sursat növü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…