…Ən pisi odur ki, həm xaricdə, həm də daxildə bəziləri Konstitusiyamızda olmayanı cəmiyyətə tətbiq etdirmək istəyir, dini siyasətə, dövlət idarəçiliyinə sırımağa çalışırlar. Özlərini öldürürlər ki, guya Azərbaycan hicab qadağası var. Bu yalana özləri necə inanır? Gözümüzü açandan görmüşük ki, Bakı küçələrində, Bakı kəndlərində hicab da var, digər qara qapalı geyimlər də. Hətta Sovet dövründə, atesistlərin at oynatdığı zamanda belə hicab qadağası olmayıb Azərbaycanda, bir hicablı xanıma nəsə deyilməyib.
Amma bilməliyik ki, məktəb dövlət müəssisəsidir və dövlət qurumlarında- gömrükdə, prokurorluqda, polisdə, vergidə, səhiyyədə, ədliyyədə… olduğu kimi təhsil müəssisələrində də yeni geyim forması olmalıdır. İran qadınları hicabdan sərbəst istifadəni tələb edirlər, biz isə hicabı, hətta məktəbə gətirmək istəyirik… Məktəbdənkənar kim necə istəyir hicablı olsun, buna kim qadağa qoyub axı??? Bakı küçələrində müşahidə aparararq şəkillər çəkmişik, mediada yetərincədir. Nə qədər hicablı xanımlar var, məgər onlara kimsə bir söz deyir???
Asif MƏRZİLİ







