Bu gün qadın həndbolçulardan ibarət “Kür” komandası EHF Avropa Kuboku çərçivəsində növbəti matçına çıxacaq.
Tezadlar.az xəbər verir ki, Mingəçevir şəhərində təşkil olunacaq qarşılaşmada təmsilçimiz Kiprin “APOEL” klubu ilə üz-üzə gələcək.
Görüş saat 17:00-da “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
Komandalar arasındakı növbəti matç oktyabrın 11-də keçiriləcək.







