Əsas məzmuna keç

Ermənilərin Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür

Bu gün Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 6 il ötür. Tezadlar.az xatırladır ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan ordusu Gəncədə daha bir terror törədib.

Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb.

Terrorçulara lənət olsun!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…