Rusiya bəzi Gürcüstan şirkətlərinin məhsullarının ölkəyə idxalını və dövriyyəsini müvəqqəti dayandırır. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın müvafiq nəzarət qurumu tərəfindən yayılan sənəddə qeyd olunub. Oktyabrın 9-da tarixlənən sənədə əsasən, 2026-cı il oktyabrın 9-dan etibarən Rusiya Federasiyasına ərzaq məhsullarının idxalının və dövriyyəsinin dayandırılması məqsədilə müvəqqəti sanitar tədbir tətbiq edilib. Qadağanın aşağıdakı şirkətlərə aid olduğu bildirilir: “Nabeqlavi”. “Teliani Valley”; “Tbilvino”; “Askaneli Cmebi”; “Wineman”; “Gürcüstan Pivə Şirkəti”; “Coca-Cola”;
Sənəddə qeyd olunur ki, Gömrük İttifaqının “Qida məhsullarının təhlükəsizliyi haqqında” texniki reqlamentinin 5-ci maddəsinin 4-cü hissəsinə əsasən, müvafiq tələblərə cavab verməyən ərzaq məhsulları iqtisadi operator tərəfindən könüllü şəkildə və ya Gömrük İttifaqına üzv dövlətlərin səlahiyyətli nəzarət orqanlarının göstərişi ilə dövriyyədən çıxarılmalıdır.







