(Əvvəli ötən buraxılışda)
https://tezadlar.az/anar-rzayev-ayna-37-milyonluq-tender-ve-stp-btech-mmc/
EPİZOD 9:
AYNA rəhbərliyinin gəlir-sərvət uyğunsuzluğu və “Qanunsuz varlanma” şübhələri:
NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ:
2024–2026-cı illər; AYNA sədri Anar Rzayevin və digər rəhbərlərin fəaliyyəti.
İŞTİRAK EDƏN ŞƏXSLƏR:
Fiziki şəxslər: Anar Rzayev (AYNA sədri), AYNA-nın müavinləri və idarə rəisləri.
“Maxinasiya”nın təsviri: KİV-də Anar Rzayevin 1,2 milyon manatlıq villa alması, özünə aylıq 30 min manat maaş yazdırması iddiaları yayılmışdır. Sıravi əməkdaşların maaşı 500–600 manat olduğu halda, rəhbərliklə işçilər arasında maaş fərqi az qala 40-50 dəfəyə çatır. Rəhbərlik media sorğularına cavab vermir, gəlir bəyannamələri açıqlanmır.
DÖVLƏTƏ DƏYƏN ZİYAN:
Büdcə vəsaitlərinin səmərəsiz bölüşdürülməsi, korrupsiya şübhələri fonunda quruma ictimai etimadın sarsılması, “qanunsuz varlanma” indikatoru.
EPİZOD 10:
Tendersiz AVL Layihəsi – Türkiyə şirkətinə 4,7 milyon manatlıq İT Müqavilələri:
NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ:
2024–2025-ci illər; AYNA; AVL sistemi, nağdsız ödəniş avadanlıqları və İT infrastruktur.
İŞTİRAK EDƏN ŞƏXSLƏR:
Hüquqi şəxslər: AYNA, “NEC TELEKOMÜNİKASYON VE BİLGİ TEKNOLOJİLERİ LTD. ŞTİ.” (Türkiyə).
Fiziki şəxslər: Şirkətin Türkiyədəki rəhbərləri (adları açıqlanmayıb).
“Maxinasiya”nın təsviri:
AYNA 2,1 milyon manatlıq AVL sistemi və 2 milyon 595 min manatlıq nağdsız ödəniş avadanlığı müqavilələrini «bir mənbədən satınalma» üsulu ilə Türkiyə şirkətinə vermişdir. AVL və İT həlləri unikal texnologiyalar deyil, yerli şirkətlər bu xidmətləri göstərə bilər. Texniki spesifikasiyaların bu şirkətə uyğunlaşdırılması ehtimalı yüksəkdir.
DÖVLƏTƏ DƏYƏN ZİYAN:
4,7 milyon manatlıq müqavilələrin rəqabətsiz verilməsi, yerli İT sektorunun kənarlaşdırılması, valyuta resurslarının ölkədən çıxarılması, qiymət şişirdilməsi riski.
EPİZOD 11:
190,000 manatlıq geyim tenderi: Spesifikasiya manipulyasiyası və giriş maneələri:
NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ:
Avqust 2026; AYNA; xüsusi forma və geyim dəstlərinin satınalması:
İŞTİRAK EDƏN ŞƏXSLƏR:
Hüquqi şəxslər: AYNA, qalib tekstil şirkəti (adı açıqlanmayıb, gizli saxlanılır).
“Maxinasiya”nın təsviri:
Ehtimal qiyməti 188.743 manat olan tenderdə iştirak haqqı 250 manat müəyyən edilmişdir. Bu, kiçik və orta tikiş sexləri üçün əlavə maliyyə yükü yaradır. Texniki tapşırıqda parça tərkibi, tikiş sıxlığı, boya kodu kimi parametrlərin konkret bir təchizatçıya uyğunlaşdırılması ehtimalı var.
DÖVLƏTƏ DƏYƏN ZİYAN:
Giriş maneələri ilə rəqabətin məhdudlaşdırılması, yerli istehsalçıların diskvalifikasiyası, potensial qiymət şişirdilməsi.
EPİZOD 12:
280 nəfər xarici qonağın qəbulu üçün 137 min manat; Büdcə vəsaitlərinin səmərəsiz istifadəsi:
NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ:
2025–2026; AYNA; xarici qonaqların qəbulu, yerləşdirilməsi və protokol xidmətləri:
İŞTİRAK EDƏN ŞƏXSLƏR:
-Hüquqi şəxslər: AYNA, qalib turizm təşkilat şirkəti:
“Maxinasiya”nın təsviri:
280 nəfər xarici qonaq üçün büdcədən 137 min manat xərcləmişdir ki, bu da adam başına 489 manat manat deməkdir. Görünür, AYNA xarici qonaqların 280 nəfərin hər birinə qiyməti 489 manatdan babat bir quzu yedizdirib ki, bu da, bazar qiymətlərinin ən yuxarı həddindədir. Təmsilçilik xərcləri şəffaflığı ən çətin təmin edilən maddələrdəndir; faktiki iştirakçı sayı, otel və banquet xərclərinin həqiqiliyi yoxlanılmalıdır.
DÖVLƏTƏ DƏYƏN ZİYAN:
Potensial şişirdilmə, audit çətinliyi, qeyri-şəffaf xərcləmə.
EPİZOD 13:
“STP-Btech” MMC ilə AYNA rəsmiləri arasında orqanik əlaqələr və maraqlar toqquşması
NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ:
2024–2026-cı illər; AYNA, “STP-Btech” MMC, Sumqayıt Texnologiyalar Parkı.
İŞTİRAK EDƏN ŞƏXSLƏR:
Hüquqi şəxslər: AYNA, “STP-Btech” MMC,
-Sumqayıt Texnologiyalar Parkı MMC.
Fiziki şəxslər: Emre Yalçın (icraçı direktor), Ələkbər Abbaslı (STP rəhbəri və “STP-Btech” sədri), Ahmet Haytaoğlu, Ahmet Erhan Arıkkan, Anar Rzayev (AYNA sədri).
“Maxinasiya”nın təsviri:
İnzibati bağlılıq: Ələkbər Abbaslı həm STP-nin baş direktoru, həm də “STP-Btech” MMC-nin sədridir. Bu, şirkətə STP-nin resurslarından və imtiyazlarından istifadə etmək imkanı verir.
“Fırlanan qapı” effekti: Türkiyəli direktorlar daha əvvəl Azərbaycanda nəqliyyat layihələrində iştirak etmiş, AYNA rəsmiləri ilə işgüzar təmasda olmuşlar.
-SPV (xüsusi məqsədli şirkət) yaradılması: “STP-Btech” MMC məhz AYNA-nın iri sifarişlərini mənimsəmək üçün təsis edilmişdir.
Dual vəzifə və inzibati hamillik: AYNA rəhbərliyi ilə podratçı arasında öncədən razılaşma olduğuna dair güclü sübutlar (tendersiz müqavilələr, qeyri-real müddətlər).
DÖVLƏTƏ DƏYƏN ZİYAN:
Bu orqanik əlaqələr «maraqların toqquşması» və «korrupsiya sxeminin mərkəzi halqası»dır. “Dövlət satınalmaları haqqında” Qanunun 7-ci maddəsinə görə, satınalan qurumun rəsmiləri ilə maliyyə-işgüzar maraqları olan təchizatçıların tenderlərdə iştirakı qadağandır. Bu əlaqələr 110,4 milyon manatlıq müqavilələr paketinin ləğvi üçün birbaşa hüquqi əsasdır.
YEKUN XÜLASƏ – CƏDVƏL ÜZRƏ ÜMUMİ ZİYAN:
Epizod Qısa təsvir Ziyan (AZN)
- Tendersiz 52,9 mln sifariş 52 milyon manat!
- 29,8 mln. tender – vaxt manipulyasiyası 29 milyon 421 min manat.
- Ümumi 110,4 mln portfel 110,400,000+
- “Embawood” dampinq tenderi 253,678 (qiymət fərqi)
- Avtomobil icarəsi baha qiymət ~180,000+
- Hesablama Palatasının aşkarları 1,554,000,000+
- “Madina Group” – 10 manatlıq şirkət 419,513 (riskli)
- Qanunsuz cərimələr Yüz minlərlə (dəqiq deyil)
- Rəhbərliyin qanunsuz varlanması Keyfiyyət ziyanı
- Türkiyə şirkətinə tendersiz 4,7 mln 4,695,000
- Geyim tenderi – spesifikasiya manipulyasiyası Potensial şişirmə
- 280 qonaq – 137 min təmsilçilik 137,000 (şübhəli)
- Maraqlar toqquşması – orqanik əlaqələr 110 milyon 400 min manat (etibarsızlıq)
ÜMUMİ: ~1 milyard 747 milyon manat!
***
Göründüyü kimi, AYNA-da hər şey ayna kimi şəffaf deyil. Bu faktlardan aydın olur ki, AYNA nəinki yersiz cərimələrlər sürücülərin başına min cür oyun açır, hətta dövlət büdcəsini dədə malı kimi çapıb talayır. İnanırıq ki, aidiyyəti qurumlar AYNA-nın fəaliyyətini araşdıracaq. Ümumiyyətlə, AYNA ona göstərilən etimadı doğrultmadığına və əhalidə kütləvi narazılıq yaratdığına görə, bir səmərəsiz qurum kimi tamamilə ləğv edilməlidir.
“Təzadlar”ın Araşdırma Qrupu






