Əsas məzmuna keç

PKK Şimali İraqdakı 4 düşərgəni boşaltdı

Təhlükəsizlik mənbələri PKK/KCK terror təşkilatının İraqın şimalındakı Metina bölgəsində yerləşən dörd düşərgəni boşaltdığını bildirib.

Tezadlar.az xəbər verir ki, təhlükəsizlik mənbələri bölgədə sabitliyin təmin edilməsi və gücləndirilməsi üçün irəli sürülən Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi vizyonunun qətiyyətlə və güzəştə getmədən həyata keçirildiyini bildirib.

Bəyanatda deyilir: “”Milli Həmrəyliyin və Sosial İnteqrasiyanın Gücləndirilməsi” vizyonunun bir hissəsi olaraq və ölkəmizin təhlükəsizliyi üçün münaqişə riski yaradan düşərgələrin boşaldılması üçün davam edən səylər çərçivəsində PKK/KCK 8 oktyabr 2026-cı il tarixinə qədər Şimali İraqdakı Metina bölgəsində yerləşən dörd düşərgəni (Hebat, Yajk, Sabri və Sason) boşaldıb”.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…