Neçə gündür Azərbaycan hökumətinin vahid məktəbli geyiminə minbir don geydirənlər ölkəni din dövlətinə çevirmək istəklərini açıq büruzə verirdilər… Dövlət və xalq əleyhinə çağırışlar, məktəblərə hücumlar, maşınları yandırmaq, məktəb avadanlığını sındırmaq… Bu dəfə isə metodu dəyişib mitinq etmək, ictimai asayişi pozmağa çalışdılar.
Tezadlar.az xatırladır ki, Hicab adı altında icazəsiz mitinq keçirməyə cəhd edən İran agenturası peşman olmağa başlayıb. Cəmi 1 saat ərzində 28 May metrosunun qarşısında etiraz edənlərdən kimsə qalmadı, dövlətlə dövlətçilik etmək istəyənlərə polislərimiz həyatı başa salmağa başladı. 200-dən çox İran rejiminin maraqlarını təmsil edən şəxs saxlanılıb. Bu dəfə yəqinki bu öyrədilənlər onları öyrədənlərin, öyrədənlər də “ilana zəhər verənlərin” kimliyini aydın şəkildə istintaqa deyəcəklər…
Səbuhi








