Zaqatalada 79 yaşlı kişi itkin kimi axtarılır.
Tezadlar.az xəbər verir ki, Zaqatala şəhər sakini 79 yaşlı Xəlil Mustafayev oktyabrın 13-ü günorta saatlarında yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.
Ailə üzvüləri bununla bağlı Zaqatala rayon Polis Şöbəsinə məlumat veriblər.
Hazırda X. Mustafayevin tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.






