“Kriptovalyuta fırıldaqçılığı” ilə bağlı İnterpolun qırmızı bülleteni ilə axtarılan xarici vətəndaş şübhəlisi İstanbulda saxlanılıb.
Tezadlar.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Kəşfiyyat Şöbəsi və Maliyyə Cinayətləri Şöbəsinin qrupları Milli Kəşfiyyat Təşkilatının dəstəyi ilə beynəlxalq axtarışda olan şübhəlilərin tutulması üçün əməliyyat keçirib.
Əməliyyat nəticəsində qruplar irimiqyaslı kriptovalyuta fırıldaqçılığı törətdiyinə görə İnterpolun qırmızı bülleteni ilə axtarılan R.J.S.-nin Beşiktaşda olduğunu müəyyən ediblər. Müəyyən edilmiş ünvanda əməliyyat başlayıb.
Əməliyyat zamanı xarici vətəndaş şübhəliləri R.J.S. və həyat yoldaşı A.K. saxlanılıblar.
Ünvanda aparılan axtarışlar zamanı 600.000 dollar, 24 ədəd lüks saat, 20 qızıl bilərzik, 7 ədəd qızıl zəncirli boyunbağı, 2600 avro, 50.000 türk lirəsi, 3 tapança, 4 ədəd uzun lüləli tüfəng, 7 maqazin, 1360 ədəd güllə, 2 dron, 12 mobil telefon, 8 kompüter qutusu, 6 noutbuk, 20 qrafik kart, 14 SSD, 7 fleş-disk və 3 yaddaş kartı müsadirə edilib.
Şübhəlilər dindirilmək üçün polis bölməsinə aparılıblar.
ELBAR







