Əsas məzmuna keç

ABŞ hakimi Tramp administrasiyası tərəfindən Vaşinqtonda qolf meydançasında ağacların kəsilməsini dayandırıb

Hakim həmçinin Tramp administrasiyasından tarixi ərazi ilə bağlı gələcək planları barədə vaxtında məlumat verməsini istəyib.

Tezadlar.az xəbər verir ki, əvvəllər müvəqqəti qadağa qoyan ABŞ Rayon Hakimi Ana C. Reyes paytaxtdakı qolf meydançasında ağac kəsməni 26 oktyabra qədər dayandırıb.

Hakim Reyes “Şərqi Potomac Qolf Links” qolf meydançasında ağacların sürətlə kəsilməsinin Tramp administrasiyasının “qaydaları pozmaq” istəyindən qaynaqlandığını söyləyib.

Məsələ ilə bağlı 21 səhifəlik hesabat hazırlayan Reyes çərşənbə axşamı müvəqqəti qadağasını rəsmiləşdirib və meydançanı daimi olaraq dəyişdirən hər hansı bir işə “72 saat əvvəl xəbərdarlıq” verilməsini şərtləndirib.

Reyes Tramp administrasiyasını tarixi qolf meydançasında işləməmək üçün təkrarlanan tələbləri qulaqardına vurduğuna görə sərt şəkildə tənqid edib və deyib: “Bunun üçün heç bir bəhanə yoxdur”.

Hakim hökumət vəkillərinə bu məsələdə “cəhalətin bəhanə olmadığını” söylədi

Qadın hakim onlara məhkəmə iclasında verdiyi əvvəlki xəbərdarlığı xatırladıb ki, ərazidə “hətta 10 ağac belə əvvəlcədən xəbərdarlıq edilmədən kəsilə bilməz”.

Administrasiyanın vəkilləri məhkəmə iclasında bildiriblər ki, həftəsonu təxminən 430 ağac kəsilib və daha 299 ağac kəsilmək üçün hədəf seçilib.

Dinləmə bazar günü axşam QHT-lərin ictimai qolf meydançasında ağacların daha da kəsilməsinə qarşı təcili müraciətindən sonra baş tutub.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…