Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə dizel müqaviləsinə görə özünü xəyanətə uğramış hiss etdiyini bildirib və əlavə edib: “Prezident Trampın bizim tərəfimizi deyil, digər tərəfi seçməsi ağrılıdır”.
Tezadlar.az xəbər verir ki, Londonda Britaniyanın Baş naziri Endi Börnhemlə görüşdən əvvəl britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə Zelenski Trampın Putinlə dizel yanacağı müqaviləsi və enerji atəşkəsi təşəbbüsü barədə şərh verib.
ABŞ Prezidentinin təşəbbüslərinə görə xəyanətə uğramış olub-olmadığı soruşulduqda, Zelenski “Bəli, amma vəziyyət bir az daha mürəkkəbdir. Bu, məndən asılı deyil; ölkəmizin yaşaması lazımdır” cavabını verib.
Zelenski Trampın dizel yanacağı müqaviləsini “kədərli” adlandırıb və əlavə edib: “Güclü bir tərəfdaşımızı itiririk”.
Zelenski Ukraynanın yaşamaq üçün güclü olmalı olduğunu vurğulayıb və bildirib: “Zəif ola bilmərik, əks halda, yaşaya bilmərik. Biz ölkəmizi satmırıq”.
Məsələnin Ukrayna üçün ticarətlə bağlı olmadığını deyən Zelenski deyib: “Bizim üçün bu, biznes məsələsi deyil, həyatımızla bağlıdır. Bu, bizim ölkəmiz, bədənimiz, evimiz və uşaqlarımızdır. Bu, bizim üçün çox vacibdir.”
Trampın mövqeyini tənqid edən Zelenski deyib: “Buna görə də Prezident Trampın bizim tərəfimizi deyil, digər tərəfi seçməsi ağrılıdır. Biz onun neytral olmasına etiraz etmirik, amma neytralsınızsa, yanlış tərəfdə deyil, neytral qalmalısınız.”
Zelenski Prezident Trampın müşavirlərinin “səhv düşünür” olduğunu iddia edərək əlavə edib: “Bu, tarixin doğru tərəfi deyil.”
Tramp sanksiyaları müvəqqəti olaraq dayandırdıqlarını açıqladı
9 oktyabrda ABŞ Prezidenti Donald Tramp Rusiya ilə qlobal yanacaq qiymətlərini aşağı salmaq üçün yüz minlərlə ton dizel tədarükü barədə razılığa gəldiklərini və bunun müqabilində sanksiyaları müvəqqəti olaraq dayandırdıqlarını açıqlayıb.
Trampın açıqlaması ABŞ Konqresinin prezidentə Rusiya nefti və ya təbii qazının ən böyük idxalçılarına əhəmiyyətli tariflər tətbiq etməyi tapşıran qanunvericiliyi qəbul etməsindən bir neçə həftə sonra gəlib.
ELBAR







