ABŞ Prezidenti Donald Tramp Papa XIV Leoya ağciyərindən bədxassəli şişin çıxarılması əməliyyatından sonra tez bir zamanda sağalmasını arzulayıb.
“Mən ona sadəcə ən yaxşısını arzulamaq istəyirəm və tezliklə sağalsın”, – deyə Amerika lideri oktyabrın 14-də Arizonada keçirilən mitinqdə çıxışından sonra jurnalistlərə bildirib. “Bu, xərçəngdir. Ciddidir. Amma görünür, proqnoz yaxşıdır”, – deyə Tramp əlavə edib. “Biz sadəcə ona sevgimizi bildirmək və ona ən yaxşısını arzulamaq istəyirik”, – deyə o vurğulayıb.
Tezadlar.az xəbər verir ki, 13 oktyabrda 71 yaşlı pontifik təcili histoloji müayinəyə görə adenokarsinoma (ağciyər xərçənginin ən çox yayılmış forması olan bədxassəli şiş) aşkar etdikdən sonra ağciyər əməliyyatı keçirib. Həkimlər prosedurun uğurlu və ağırlaşmasız keçdiyini bildiriblər.
Aprel ayında Tramp XIV Leoya sərt tənqid edərək, onun yalnız ABŞ-nin sayəsində seçildiyini iddia edib. ABŞ prezidenti “Truth Social”da yazıb ki, hazırkı Papa bu vəzifəyə namizədlər siyahısına yalnız amerikalı olduğuna görə daxil edilib və Kilsə “Prezident Donald Trampla münasibət qurmağın ən yaxşı yolu bu olacağına” inanır.
Trampın narazılığı Papanın müharibə əleyhinə açıqlamalarından qaynaqlanıb. XIV Leo İsrail və ABŞ-ın İrana qarşı təcavüzü səbəbindən Yaxın Şərqdə gərginliyin artması ilə bağlı narahatlığını bildirib. Papa Trampın İranda sivilizasiyanı məhv etmək təhdidini tamamilə qəbuledilməz adlandırıb.
ELBAR







