Əsas məzmuna keç

ABŞ Yaxın Şərqdəki vətəndaşlarını ayıq olmağa çağırdı

ABŞ Yaxın Şərqdəki vətəndaşlarını hava limanı və aviaşirkət əməliyyatları ilə bağlı məlumatları izləməyə və bölgədəki “mürəkkəb” təhlükəsizlik mühiti səbəbindən daha ayıq olmağa çağırıb.

Tezadlar.az xəbər verir ki, bəyanat ABŞ Dövlət Departamentinin konsulluq işləri bölməsi tərəfindən ABŞ-da yerləşən bir şirkətin sosial media hesabında yayımlanıb.

Bəyanatda Yaxın Şərqdəki ABŞ vətəndaşları “mürəkkəb” təhlükəsizlik mühiti səbəbindən daha ayıq olmağa çağırılır və mümkün uçuşların ləğvi, hava məkanının bağlanması və səyahət pozuntularından xəbərdar olmağın vacibliyi vurğulanır.

Bəyanatda Yəməndə İran tərəfindən dəstəklənən Husi üsyançılarının Səudiyyə Ərəbistanına qarşı hücumlarının mülki şəxslərə və vacib infrastruktura zərər verdiyi və səyahət pozuntularına səbəb olduğu xatırladılır.

Bəyanatda bu hərəkətlərin Yaxın Şərqdən kənara sürətlə yayılma potensialına malik olduğu qeyd edilərək, “Yaxın Şərqə və ya oradan səyahət edən amerikalılar hava limanı və aviaşirkət əməliyyatları ilə bağlı məlumatları izləməli və əvvəlcədən ehtiyat planları hazırlamalıdırlar” əlavə edilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…